İtaliya millisinin baş məşqçisi Roberto Mançini ölkə futbolunda yaşanan böhran və insanların buna münasibəti barədə danışıb.
Sportal.az xəbər verir ki, İtaliya millisi son üç dünya çempionatında iştirak edə bilməyib. Dünya çempionatını İtaliyadan (4 dəfə) daha çox qazanan yeganə komanda 5 titulla Braziliya millisidir.
“İtaliya futbolu hazırda çətin dövrdən keçir. Hətta buna sevinən insanlar da var, çünki futbolçular çox böyük pullar qazanırlar.
Amma düşünürəm ki, idman İtaliyada hər zaman mühüm rol oynayıb. bütün idman növlərində və bütün səviyyələrdə. Mən uşaqlıqdan voleybol, basketbol, atletika, tennis də daxil olmaqla bütün idman növlərini izləmişəm.
Elə dövrlər olur ki, digər komandalar daha güclü olur və qalib gəlirlər. Amma İtaliya da keçmişdə böyük uğurlar qazanıb. Bizi niyə daim digər idman növləri ilə müqayisə etdiklərini başa düşmürəm”, — Mançini "Radio Rai"yə müsahibəsində bildirib.
saytlarin hazirlanmasi
