UEFA Millətlər Liqasında 2-ci turun növbəti matçları keçirilib.
Sportal.az xəbər verir ki, A Liqasında yer alan Türkiyə İtaliyanı qəbul edib.
Türklər evdə rəqibinə 1:4 uduzub. Qeyd edək ki, Vinçentso Montellanın rəhbərlik etdiyi kollektiv ilk görüşündə də Fransaya 0:1 məğlub olmuşdu.
Türkiyə – İtaliya 1:4
Qollar: Barış Alper Yılmaz, 47 – Alesandro Bastoni, 9, Davide Frattesi, 22, Maykl Kayode, 27, Pio Esposito, 50
