Kanadanın "Vankuver" klubu hücumçu Tomas Müllerin müqaviləsinin müddətini uzadıb.
Sportal.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Almaniya milli komandasının sabiq üzvü ilə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Tomas Müller 2025-ci ilin yayında "Bavariya"dan ayrıldıqdan sonra azad agent statusu ilə "Vankuver"ə keçib. 37 yaşlı futbolçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 32 rəsmi matçda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
