"Sabah" və "Zirə"nin futbolçuları milli komandada qol ötürməsi ilə yadda qaldılar

15:10 - 30 Sentyabr 2026

Afrika Millətlər Kubokunun seçmə mərhələsinin oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Kabo-Verde millisi doğma meydanda Ruandanı qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Ruanda yığmasının heyətində Azərbaycanda çıxış edən futbolçular da meydana çıxıblar. Belə ki, "Sabah"ın hücumçusu Coy-Lens Mikelslə "Zirə"nin müdafiəçisi Ange Mutsinzi matça start heyətində başlayıblar.

Mikels 90+3-cü dəqiqədə əvəzlənib. O, komandasının ikici qolunun məhsuldar ötürməsini edib. Qələbə qolunun assisti isə Mutsinzidən gəlib.

Qeyd edək ki, 2 turdan sonra 6 xal toplayan Ruanda seçməsi qrupun lideridir.

Xəbər xətti