“Valensiya” növbəti mövsümdə yeni stadiona köçəcəyini təsdiqləyib.
Sportal.az xəbər verir ki, arena “Nou Mestalya” adlanır. Stadion simmetrik şəkildə layihələndirilib, şaquli yerləşən konsentrik tribunalar vahid bir kasa formasını yaradır. Stadionun tutumu 70 044 tamaşaçıdır.
“Valensiya” 1923-cü ildən etibarən “Mestalya” stadionunda çıxış edir. Hazırda bu, La Liqanın ən qədim stadionudur. Stadionun söküləcəyi, onun yerində isə yeni yaşayış kompleksi, yaşıllıq zonası və kommersiya obyektlərinin inşa ediləcəyi gözlənilir.
saytlarin hazirlanmasi
