"Artıq "bəsdir" deməyin vaxtıdır" - Çeferindən İnfantinoya sərt ittihamlar

22:37 - 29 Sentyabr 2026

Aleksander Çeferin hesab edir ki, Canni İnfantino FİFA rəhbəri vəzifəsində qalmamalıdır.

Sportal.az xəbər verir ki, UEFA prezidenti dünya çempionatına dair hüquqların bir hissəsinin özəl investorlara satılması layihəsinə, həmçinin İnfantinonun ABŞ Prezidenti Donald Trampa təqdim etdiyi mükafata toxunub:

“Artıq ‘bəsdir’ deməyin vaxtıdır. Təsəvvür edin ki, sizdən xəbərsiz, arxanızca sizə məxsus dəyərin satılması müzakirə olunur və ya əvvəlcədən sizinlə məsləhətləşmədən sülh mükafatı təqdim edilir.

Futbol onu idarə edən şəxslərdən daha önəmlidir. Heç kimin onun gələcəyini satmağa haqqı yoxdur. Futbol satılmır. Nə bu gün, nə də sabah”.

Xəbər xətti