"Azərbaycan milli komandasının Litvaya qarşı oyununu izlədim. Millinin yaxşı qol epizodları oldu. Lakin başadüşülməyən səhvlər də var idi. Ancaq nə etmək olar? Futboldur da, bəzən belə də olur".
Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq hücumçusu Branimir Subaşiç deyib.
O, yığma komandamızın Millətlər Liqasının 2-ci turunda sabah Lixtenşteynlə görüşdə qalib gələcəyinə inandığını bildirib:
"Lixtenşteyn üzərində qələbə qazanacağımıza inanıram. Əminəm ki, millimiz bunu edə biləcək. Çünki Lixtenşteyn uda biləcəyimiz komandadır".
Mirbağırağa
saytlarin hazirlanmasi
