Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasının D Divizionunda ikinci matçına çıxacaq.
Sportal.az xəbər verir ki, 2-ci qrupda yer alan Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakıda Lixtenşteyn yığmasını qəbul edəcək.
Millimiz ilk oyununda Litva ilə səfərdə heç-heçə edib. Lixtenşteyn isə eyni rəqibə evdə 0:2 uduzub.
UEFA Millətlər Liqası. D Divizonu. 3-cü tur
20:00 Azərbaycan - Lixtenşteyn
Baş hakim: Kristian-Petru Çioxirka
Yan xətt hakimləri: Maksimilian Vays, Mixael Obritsberger
Dördüncü hakim: Şafak Barmaksız
VAR: Manuel Şüttenqruber
AVAR: Alexander Harkam
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.
