"Əl-Fəyla"dan ayrılan Kris Smollinqin yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, ingiltərəli müdafiəçi karyerasını Portuqaliyada davam etdirəcək. Bu barədə "maisfutebol" portalı məlumat yayıb.
"Portu" Smollinqlə razılıq əldə edib. 36 yaşlı mərkəz müdafiəçisi ilə 2026/27 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanacaq.
Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü olan Kris Smollinq karyerasını ərzində "Fulhem", "Mançester Yunayted", "Roma" kimi klublarda çıxış edib.
saytlarin hazirlanmasi
