Azərbaycan millisinin rəqibi evdə qazandı - VİDEO

12:55 - 1 Oktyabr 2026

UEFA Millətlər Liqasının D Divizionunda Azərbaycan millisinin rəqibi Litva yığması Bakı səfəriöncəsi yoldaşlıq oyunu keçirib.

Sportal.az xəbər verir ki, Edqaras Yankasuasın rəhbərlik etdiyi kollektiv doğma meydanda Andorranı qəbul edib.

Darius və Girenas adına stadionda baş tutan matç litvalıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, Azərbaycan - Litva qarşılaşması oktyabrın 4-də 8-ci kilometr stadionunda reallaşacaq.

Xəbər xətti