AFFA-nın milliyə cəlb etdiyi türk futbolçu 32 yaşında karyerasını başa vurdu

12:35 - 1 Oktyabr 2026

Azərbaycanın U-21 yığma komandasının sabiq üzvü Bilal Sezerlə karyerasını başa vurub.

Sportal.az xəbər verir ki, o, 32 yaşında aktiv futbolçu karyerasını yekunlaşdırmaq qərarına gəlib.

O, bu yaya qədər Almaniyada aşağı liqa təmsilçisi “Baumberq” klubunda oynayıb. Sezer 2015/2016 mövsümündə Azərbaycanın U-21 yığmasında çıxış edib.

Vaxtı ilə “Borussiya”(Münhenqladbax) yetirməsi olan və gələcəyinə böyük ümidlər bəslənilsə də, o, bunları qarşılaya bilməmişdi.

Mirbağırağa
 

Xəbər xətti