Lionel Messi İspaniyanın ikinci divizionunda çıxış edən “Eldense” klubunun sahibi olub.
Sportal.az xəbər verir ki, “Deportivo Eldense” klubu rəsmi olaraq Lionel Messinin klubu satın aldığını elan edib. Bu, klubun yüz ildən artıq tarixində yeni və həyəcanverici mərhələnin başlanğıcıdır.
İdman tarixinin ən görkəmli simalarından birinin “Deportivo Eldense”nin sahibi kimi kluba gəlişi uzunmüddətli layihənin başlanğıcını qoyur. Layihənin əsas məqsədi klubun idman, təşkilati və sosial inkişafına töhfə verməkdir.
1921-ci ildə yaradılan “Deportivo Eldense” öz köklərini, tarixini və göy-qırmızı ənənələrini qoruyaraq peşəkar futbolda mövqeyini möhkəmləndirmək və inkişaf etmək məqsədilə yeni mərhələyə qədəm qoyur”, — deyə klubun açıqlamasında bildirilir.
Qeyd edək ki, Sequndada keçirilən 7 turdan sonra “Eldense” 5 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
