"Sabah"ın legioneri oynadı, komandası qazandı

11:35 - 2 Oktyabr 2026

"Sabah"ın legioneri Umarali Rahmonaliyevin çıxış etdiyi Özbəkistan milli komandası yoxlama matçına çıxıb.

Sportal.az xəbər verir ki, onun komandası Suriya ilə üz-üzə gəlib.

Qarşılaşma özbəklərin 4:1 hesablı qalibiyyəti ilə başa çatıb.

Umarali meydana 63-cü dəqiqədə daxil olub və sona qədər oynayıb.

Özbəkistan oktyabrın 6-da Cənubi Koreya ilə qarşılaşacaq.

Xəbər xətti