UEFA Millətlər Liqasının qrup mərhələsində III turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, A Liqasında Fransa milli komandası doğma meydanda İtaliya seçməsini qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Xallarını 7-yə yüksəldən Fransa yığması qrupun lideridir. 4 xalı olan İtaliya isə III yerdədir.
Fransa - İtaliya 1:1
Qollar: Maykl Olise, 55 - Alessandro Bastoni, 68
Qırmızı vərəqə: Dayo Upamekano, 85 (Fransa)
