Millimiz Moldova ilə qarşılaşır

11:37 - 3 Oktyabr 2026

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoldaşlıq oyununa çıxacaq.

Sportal.az xəbər verir ki, Ruy Jorjenin rəhbərlik etdiyi kollektiv Moldovadan olan həmyaşıdları ilə üz-üzə gələcək.

Qəbəşə şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək.

Qeyd edək ki, U-20 millimiz Qəbələ toplanışı zamanı daha bir yoxlama matçı keçirəcək. Komanda oktyabrın 6-da Yaponiya yığması ilə qarşılaşacaq.

Xəbər xətti