"Mən "qızıl top"u özümə verərdim, amma qoy ən güclü qalib gəlsin"

23:45 - 2 Oktyabr 2026

İspaniya millisinin və “Real”ın müdafiəçisi Mark Kukurelya “Qızıl top” üçün səsvermə barədə fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçu dünyanın ən yaxşı oyunçusuna verilən mükafat uğrunda 30 namizədin siyahısına daxil edilib.

“Əgər səs verməli olsaydım, özümə səs verərdim. Bütün namizədlər mənim komanda yoldaşlarımdır. Qoy ən güclü qalib gəlsin, bunu səs verənlərin öhdəsinə buraxıram. Ola bilsin, birlikdə oynadığımız üçün mənə də nəsə qismət olsun”.

Hamının onu niyə sevməsi barədə heç nə deyə bilmərəm. Bəlkə də xarici görünüşümlə bağlıdır, bir az daha çox diqqət çəkir. Həm peşəkar, həm də şəxsi həyatımda hər şeydən razıyam”, – deyə Kukurelya bildirib.

Xəbər xətti