"Beşiktaş"ın hücumçusu Hyon-qyu O karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Tottenhem" cənubi koreyalı forvardı transfer etmək istəyir. Bu barədə jurnalist Emre Sarıgül məlumat yayıb.
İstanbul klubu Onu mövsümün ortasında satmağa isti yanaşmır. Lakin cəlbedici təklif gəlsə, 25 yaşlı futbolçunun satışı nəzərdən keçirilə bilər.
Qeyd edək ki, "Beşiktaş" Hyon-qyu Pnu bu ilin fevralında "Gent"dən 14 milyon avroya transfer edib. Cənubi Koreya millisinin üzvü cari mövsümdə "qara qartallar"ın heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
