Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Qarabağ" yoxlama oyununda qüvvəsini sınayacaq.
Sportal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Zirə" ilə üz-üzə gələcək.
"Azersun Arena"nın köməkçi meydançasında keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək.
Qeyd edək ki, "Qarabağ" Misli Premyer Liqasında 6 turdan sonra 13 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Ağdam təmsilçisinin ehtiyatında 1 oyun var. 10 xalı olan "Zirə" isə 5-ci yerdədir.
saytlarin hazirlanmasi
