Portuqaliya millisinin yarımmüdafiəçisi Bruno Fernandeş daha əvvəl baş məşqçi Jorje Jesusla münaqişə səbəbindən milli komandanı tərk edən Kriştiano Ronaldo ilə bağlı vəziyyətə münasibət bildirib.
Sportal.az xəbər verir ki, Bruno öz açıqlamasında bunları qeyd edib:
“Kriştianoya gəlincə, mən onunla danışmışam və ona dediklərimi burada da təkrarlayacağam: ən vacibi odur ki, nə baş verməsindən asılı olmayaraq, Kriştiano Ronaldo təkcə Portuqaliyada deyil, bütün dünyada etdikləri sayəsində millimizin, futbolumuzun və ölkəmizin ən böyük simvolu olaraq qalacaq.
O, təkcə bütün zamanların ən böyük futbolçuları arasında deyil, həm də bütün portuqaliyalıların qəlbində xüsusi yer tutur. Burada ən vacib məsələ insanları tərəflərə bölməməkdir. Milli komandada heç bir parçalanma yoxdur, komanda birdir və kənardan gələn səs-küyə baxmayaraq, belə də qalacaq. Bütün ailələr problemlərini bağlı qapılar arxasında həll etməlidir və hesab edirəm ki, milli komanda da məhz bu şəkildə fəaliyyət göstərməlidir.
Ən vacibi bütün bunların hər iki tərəf üçün yaxşı başa çatmasıdır. Biz vəziyyətə müdaxilə etmirik, baxmayaraq ki, nədən danışdığınızı bilirik və baş verənləri görürük. Biz oyunçular otağında kart oynayaraq çox vaxt keçirirdik və bu mübahisədən kənarda qalırıq. Amma xahiş edirəm ki, ölkə parçalanmasın, insanlar bu və ya digər tərəfi tutmasınlar, hər kəsə hörmətlə yanaşsınlar.
Bununla belə, Kriştiano millimizin ən böyük simvolu olub və olaraq qalır. Kiminsə onu daha çox və ya daha az bəyənməsindən asılı olmayaraq, o, hər kəsin hörmətinə layiqdir”.
saytlarin hazirlanmasi
