Aleksis Mak Allister mövsüm başa çatdıqdan sonra "Liverpul"u tərk edə bilər.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhənginin rəhbərliyi argentinalı yarımmüdafiəçiyə yeni müqavilə təklif etməyi planlaşdırmır. Bu barədə "TEAMtalk" proqramında məlumat verilib.
Mak Allisterin hazırkı sözləşməsi 2028-ci ilin yayına qədər qüvvədə olsa da, klubun futbolçunu bu yay satmağı nəzərdən keçirməyə hazır olduğu bildirilir.
Əgər transfer daha tez baş tutmasa, 27 yaşlı oyunçu müqavilə müddəti bitdikdən sonra "Liverpul"dan ayrıla bilər. Bu arada, "Real" və "Mançester Siti" artıq Akeksisə maraq göstərirlər.
Madrid klubu yarımmüdafiəçini heyətinə qatmaqda maraqlıdır. "Real"ın baş məşqçisi Joze Mourinyonun Argentina millisinin üzvünün oyununu bəyəndiyi və bu transferin həyata keçirilməsinə təkan verə biləcəyi qeyd olunur.
Qeyd edək ki, "Liverpul" Aleksis Mak Allisteri 2023-cü ilin yayında "Brayton"dan 42 milyon avroya transfer edib. Təcrübəli futbolçu cari mövsümdə Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
