Xorvatiya millisi tarixinin ən böyük hesablı məğlubiyyətini alıb.
Sportal.az xəbər verir ki, Slaven Biliçin rəhbərlik etdiyi komanda Millətlər Liqasının 3-cü turunda İngiltərə millisinə 0:7 hesabı ilə məğlub olub.
Buna qədər xorvatlar heç vaxt belə böyük hesab fərqi ilə uduzmamışdılar. Komandanın əvvəlki ən böyük hesablı məğlubiyyəti 11 sentyabr 2018-ci ildə İspaniya ilə oyunda qeydə alınmışdı – 0:6.
saytlarin hazirlanmasi
