İlham Əliyev beynəlxalq federasiyanın prezidentini təltif etdi

15:56 - 3 Oktyabr 2026

Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Ladislau-Marius Vizer Azərbaycanın “Dostluq” ordeni ilə təltif edilib.

Sportal.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Ladislau-Marius Vizer Azərbaycanda və beynəlxalq səviyyədə cüdo idman növünün inkişafı sahəsində səmərəli fəaliyyətinə və verdiyi töhfəyə görə təltif olunub.

Sərəncam oktyabrın 3-də imzalanıb.


Xəbər xətti