Kriştiano Ronaldo komandadan ayrıldıqdan sonra Portuqaliya millisinin “Instagram” hesabı 2 milyondan çox izləyici itirib.
Sportal.az xəbər verir ki, sentyabrın 29-da hesabın 25 milyon izləyicisi var idi. Hazırda isə bu rəqəm 22,9 milyondur.
Xatırladaq ki, sentyabrın 30-da Millətlər Liqasında Kopenhagendə Danimarkaya qarşı keçirilən oyundan (4:2) bir gün əvvəl Ronaldo baş məşqçi Jorje Jesusla yaşadığı münaqişə səbəbindən Portuqaliya millisinin düşərgəsini tərk edib.
41 yaşlı hücumçunun milli komandadakı karyerasını başa vurduğu bildirilirdi.
saytlarin hazirlanmasi
