“Roma”nın baş məşqçisi Can Pyero Qasperini A Seriyada ayın ən yaxşı məşqçisi mükafatına layiq görülüb.
Sportal.az xəbər verir ki, oktyabr ayında 67 yaşlı mütəxəssisin rəhbərliyi altında paytaxt klubu İtaliya çempionatında 4 oyundan 3-də qalib gəlib, yalnız “İnter”ə (0:1) uduzub.
Ayın ən yaxşı futbolçusu isə “Napoli”nin yarımmüdafiəçisi Andre-Frank Zambo-Angissa seçilib. Kamerunlu futbolçu oktyabrda A Seriyasında keçirdiyi 4 oyunda 3 qol vurub.
Zambo-Angissa bu ada uğrunda “Kremoneze”dən Federiko Bonatçoli, “İnter”dən Hakan Çalhanoğlu, “Bolonya”dan Nikolo Kambyaqi, “Kalyari”dən Elia Kaprile və “Milan”dan Rafael Leau kimi futbolçuları qabaqlayıb.
saytlarin hazirlanmasi
