"İmişli" Misli Premyer Liqasının 11-ci turunda səfərdə "Şamaxı"ya 0:1 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, qonaqların baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Birinci hissədə yaxşı oyun göstərə bildik. Topu özümüzdə saxlayırdıq. Düzdür, bu, qapıya zərbələrdə özünü büruzə vermirdi. "Şamaxı"nın aqressiv oyununa qarşı oynaya bilirdik. Rəqib yaxşı müdafiə olunurdu. İkinci hissədə "Şamaxı" daha yaxşı təsir bağışladı. Onlar meydanın bizə aid olan hissəsində topa daha çox yiyələnirdilər. Rəqibin standart vəziyyətlərdə təhlükəli olduğunu bilirdik. Qolu da belə vəziyyətdən vurdular. Hakimlərdən narazılığım var. Təkrara baxdıq. Məncə, top Kərim Rossinin əlinə dəyib qapıya girdi. Qoldan sonra hesabı bərabərləşdirməyə çalışdıq. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Dəyişikliklərdən sonra açıq oyun getdi. Amma qol vura bilmədik. "Şamaxı"nı qələbə münasibətilə təbrik edirəm. Bu, futboldur. Bu gün uduzduq, amma yenə qələbələr qazanmağa çalışacağıq".
Elçin Əlixan
saytlarin hazirlanmasi
