UEFA-nın prezidenti Aleksander Çeferin futbol təqviminin sıxlığı və oyunların çoxluğu ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, Çeferin futbolçuları ən çox narahat edən məqama belə toxunub:
"Komandaların tələbləri və ehtiyacları fərqlidir, bəziləri daha çox gəlir əldə etmək üçün çox oyun keçirmək istəyir, digərləri isə az oynamaq tərəfdarıdır. Düşünürəm ki, futbolçuların mövsüm bitdikdən sonra ən azı bir aylıq istirahətə ehtiyacı var. Təqvimdə artıq yeni oyunlar üçün yer yoxdur".
saytlarin hazirlanmasi
