"Liverpul" 65 milyon funt-sterlinqlik təklif göndərdi

15:54 - 7 Noyabr 2025

"Liverpul" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İngiltərə çempionunun əsashədəfi "Bornmut"da çıxış edən Antuan Semenyodur. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Liverpul" qanalı vingeri Məhəmməd Salahın uzunmüddətli əvəzləyicisi kimi düşünür. "Qırmızılar" 25 yaşlı ön xətt oyunçusu üçün onun klubuna 65 milyon funt-sterlinqlik təklif göndərib. Futbolçu özü keçidə isti yanaşır.

Qeyd edək ki, "Bornmut" Antuan Semenyonu 2023-cü ilin yanvar ayında "Bristol Siti"dən 10 milyon avroya transfer edib. Kamerun millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti