"Real"ı deyil, "Mançester Yunayted"i seçdiyimə görə peşman deyiləm"

23:16 - 7 Noyabr 2025

“Mançester Yunayted”in müdafiəçisi Leni Yoro “Real”ın marağına baxmayaraq İngiltərə klubuna keçidinə görə peşman olmadığını bildirib.

Sportal.az xəbər verir ki, Yoro maraqlı fikirləri ilə yadda qalıb:

"Heç vaxt peşmanlıq hissi keçirməmişəm. Bəzən zəif mövsümlər olur, amma bu, top-klubdur. Klubun layihəsi barədə keçiddən əvvəl də məlumatım var idi. Əlbəttə, ilk mövsümü 15-ci yerdə bitirəcəyimizi gözləmirdim, amma belə hallar da futbolda olur.

Klubun direktoru, baş məşqçi və bütün futbolçular hər gün bir-birini irəliyə doğru itələyir. Biz klubumuza inanırıq. Sadəcə, hər gün başı dik tutmaq və maksimum gücünü vermək lazımdır. Mənimlə maraqlanan təkcə “Real” və “Mançester Yunayted” deyildi, başqa klublar da var idi. Amma mənim seçimim “Mançester Yunayted” oldu və bu seçimdən razıyam»

Xəbər xətti