"Liverpul"un hücumçusu bir neçə ay oynamaya bilər

00:32 - 22 Dekabr 2025

"Liverpul"un hücumçusu Aleksander İsakda sınıq şübhəsi var.

Sportal.az xəbər verir ki, isveçli futbolçu İngiltərə Premyer Liqasının 17-ci turunda "Tottenhem"ə qarşı oyunda (2:1) qol vurarkən ayağından zədə alıb. Klubda çarpaz bağların zədələnməsi ehtimalının istisna edildiyi bildirilib.

"The Athletic"in məlumatına görə, İsak ayağını sındıra bilər. Bu halda yayda 125 milyon funt-sterlinqə transfer olunan "Liverpul"un hücumçusu bir neçə ay meydana çıxa bilməz.

Xəbər xətti