Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Sportal.az saytına açıqlama verib.
O, millimizin üzvü Elvin Cəfərquliyevin Fransanın “Sent-Etyen” klubuna keçəcəyi ilə bağlı yayılan söhbətlərə münasibət bildirib.
Abbasov, bunun klubdaxili məsələ olduğunu söyləsə də, gələcəkdə futbolçularımızın Avropada daha çox olacağına inandığını deyib:
"Bilirsiz, futbolçuların hamısının klubları ilə müqavilələri var, hamısı da peşəkardırlar. Klubların daxili işlərinə qarışmaq kimi çıxar. Amma bizim potensiallı futbolçularımız var. İstəyərik ki, gələcəkdə Avropada oynasınlar və bu, digər gənc futbolçularımızın o çempionatlara getməyində rol oynaya bilər. Xeyirlisi. İnanıram ki, gələcəkdə Avropada futbolçularımızın sayı çox olacaq".
Mirbağırağa
saytlarin hazirlanmasi
