"Neftçi"nin Misir klubu ilə bərabərə qaldı - VİDEO

12:18 - 14 Yanvar 2026

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində təlim-məşq toplanışında olan "Neftçi" ikinci yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv Misirin "Piramids" klubu ilə bərabərə qalıb. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Bakı təmsilçisinin qolunu 87-ci dəqiqədə Murad Məmmədov vurub. Afrika Çempionlar Liqasının hazırkı qalibi olan "Piramids"in qoluna isə 16-cı dəqiqədə Everton imza atıb. 

Bu gün keçirilən matçdan olan videoicmalı təqdim edirik:

Xəbər xətti