Dünya çempionu “Sabah”da oynamış futbolçunu bəyəndi – müqavilə imzaladılar

10:18 - 13 Yanvar 2026

“Turan Tovuz”dan ayrıldıqdan sonra klubsuz qalmış Kristian da Silva Braziliyaya geri qayıdıb.

Sportal.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi “Nort Esporte” ilə anlaşıb.

Təcrübəli futbolçu mövsümün sonuna qədər Braziliyanın aşağı liqasında çıxış edən bu klubda oynayacaq.

“Nort Esporte”ni Braziliya millisinin heyətində 2002-ci ildə dünya çempionu olmuş Kleberson çalışdırır. 

Qeyd edək ki, Kristian "Turan Tovuz"dan əvvəl "Sabah"ın formasını geyinib.

Mirbağırağa
 

Xəbər xətti