"Ona 1,4 milyard avro təklif etdim, hətta ömürlük müqavilə də verərdim” - “Əl-İttihad”ın prezidenti

23:34 - 14 Yanvar 2026

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun prezidenti Lionel Messini hələ də transfer etmək arzusunda olduğunu bildirib.

Sportal.az xəbər verir ki, Ənmar Əl-Hayli xatırladıb ki, 2023-cü ildə futbolçu PSJ-dən ayrıldıqdan sonra “İnter Mayami”nin hücumçusuna təklif irəli sürülmüşdü.

“Mən Messiyə 1,4 milyard avro təklif etdim. O isə ailəsi naminə, hətta onları razı salmasına baxmayaraq, bu qədər yüksək təklifdən imtina etdi. Mən ona istədiyi qədər qazana biləcəyi müqavilə təklif edərdim. İstədiyi müddətə, hətta ömürlük belə. Çempionatdakı qələbəni oyunlar başlamazdan əvvəl bayram edərdik, çünki heyətimizdə futbol tarixinin ən yaxşı oyunçusu olardı."– deyə Əl-Hayli bildirib.

Xəbər xətti