"Şəfa" ilə yollarını ayırdı, bölgə klubu ilə anlaşdı

12:48 - 15 Yanvar 2026

"Şəfa" Amil Yunanovla yollarını ayırıb.

Sportal.az saytına verilən məlumata görə, millimizin sabiq üzvü paytaxt klubundan ayrılan kimi özünə komanda tapıb.

Belə ki, o, "Mingəçevir"dən gələn təklifi dəyərləndirib. Yunanov I Liqa təmsilçisi ilə 5 ay+1 il şərti ilə müqavilə imzalayıb.

33 yaşlı hücumçu “Qəbələ”, “Neftçala”, “Rəvan”, “Sumqayıt”, “Şamaxı”, “Səbail”, “Turan Tovuz”, “Kəpəz”, “Biliş” kimi klublarda oynayıb.

 

Xəbər xətti