Dieqo Simeone üçün "İnter" iddiası

18:27 - 23 Fevral 2026

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone növbəti mövsümdə İtaliya A seriyasında çalışa bilər.

Sportal.az xəbər verir ki, argentinalı mütəxəssisin "İnter"ə rəhbərlik etmək ehtimalı var. Bu barədə "El Chiringuito" məlumat yayıb.

Mənbənin məlumatına görə, Simeone Milan təmsilçisi ilə ilkin razılığa gəlib. "İnter"in 55 yaşlı çalışdırıcıya 1 illik müqavilə təklif etdiyi bildirilir.

Qeyd edək ki, Dieqo Simeone 2011-ci ilin dekabr ayında "Atletiko"nun baş məşqçisi vəzifəsinə təyin olunub.

Xəbər xətti