“Nyukasl”ın müdafiəçisi Den Bern Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab oyunundan danışıb.
Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan ingilis futbolçu komandasının sıx qrafikdə oynamasından bəhs edib:
“Biz ardıcıl 4 səfər görüşü keçirdik, onlardan üçündə qalib gəldik. Səfər görüşlərimizin statistikası haqda çox danışırdılar. Fikrimcə, bu vəziyyəti yaxşıya doğru dəyişə bildik. Amma bununla başlaya bilmərik. Bu gün “Qarabağ”la oyuna çıxacağıq. Ardınca yenə evdə “Everton”la qarşılaşırıq. Yaxşı ki, ardıcıl 2 ev oyunumuz var. Ümidvaram ki, hər iki matçda yaxşı oyun göstərəcəyik”.
Qeyd edək ki, ilk görüş 6:1 hesabı ilə "Nyukasl"ın xeyrinə başa çatmışdı. Bu gün isə komandalar Bakı vaxtı ilə 00:00-da cavab görüşünə çıxacaq.
saytlarin hazirlanmasi
