"Liverpul" UEFA Çempionlar Liqası 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində sabah "Enfild Roud"da "Qalatasaray"ı qəbul edəcək.
Sportal.az xəbər verir ki, İngiltərə çempionunun baş məşqçisi Arne Slot matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. 1/4 finala yüksələcəklərinə inandığını deyib:
"Əlbəttə ki, təzyiq hiss edirəm, hamımız hiss edirik. Həmişə təzyiqin ola biləcəyi bir işdəyik. Biz möhtəşəm tarixə malik fantastik bir klubdayıq. İnanırıq ki, 1/4 finala çıxa bilərik. Üzərimizdə təzyiq var. Biz bunu edirik və "Qalatasaray"la matçı səbirsizliklə gözləyirik. "Enfild Roud"da daha güclüyük. Çempionlar Liqasında yaxşı oynadığmız üçün 1/8 finala yüksəlmişik. Məsələn, doğma meydanda "Real"ı məğlub etdik. 1/4 finala yüksəlməyə layiq olduğumuza inanıram. "Qalatasaray"ın bizə iki matçda qalib gəlməsinin səbəbi evdə oynamaları deyildi. Çox yaxşı idilər, çətin matçlar idi, detallar oyunları həll edirdi. Təfərrüatlar barədə daha çox düşündük və daha yaxşı hazırlaşdıq".
Qeyd edək ki, "Liverpul" - "Qalatasaray" qarşılaşması martın 18-dən 19-na keçən gecə keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Bu komandalar arasında İstanbulda baş tutan ilk görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
saytlarin hazirlanmasi
