"Geri dönüş etmək mümkündür, onlar bizdən üstün deyillər" - "Tottenhem"in baş məşqçisi

23:36 - 17 Mart 2026

"Tottenhehm"in baş məşqçisi İqor Tudor "Atletiko" ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu öncəsi açıqlama verib.

Sportal.az xəbər verir ki, ilk oyunda London klubu səfərdə 2:5 hesabı ilə məğlub olub. Cavab qarşılaşması isə çərşənbə günü Londonda keçiriləcək.

“Bu oyunda növbəti mərhələyə keçmək üçün lazım olan kimi oynamalıyıq, baxmayaraq ki, bizim əsas prioritetimiz Premyer Liqada qalmaqdır.

İlk matçda göstərdik ki, onlara problem yarada bilərik. Onlar bizdən üstün deyillər. Heç nə qeyri-mümkün deyil, geri dönüş etmək mümkündür.

Oyunda qalmaq lazımdır, matç uzun ola bilər. Hələ heç nə həll olunmayıb, bunu bacaracağımıza inanmalıyıq,” – deyə Tudor bildirib.

Xəbər xətti