Qvardiola Aleks Ferqusonu geridə qoydu - yalnız Ançelottidən geri qalır

01:04 - 18 Mart 2026

Pep Qvardiola baş məşqçi kimi UEFA Çempionlar Liqasında keçirdiyi oyunların sayına görə ikinci yerə yüksəlib.

Sportal.az xəbər verir ki, "Mançester Siti"nin "Real" ilə bugünkü oyunu ispan mütəxəssis üçün turnirdə 191-ci matç olub. Bununla da o, Aleks Ferqusonu (190 oyun) geridə qoyub.

Bu göstəricidə yalnız Karlo Ançelotti öndədir. Onun hesabında 218 oyun var.

Xəbər xətti