"Bavariya"nın futbolçusu Harri Keyn UEFA Çempionlar Liqasında 49-cu qolunu vurub.
Sportal.az xəbər verir ki, o, 1/8 final cavab oyununda "Atalanta" ilə görüşdə penaltini ikinci cəhddə dəqiq yerinə yetirib (1:0, birinci hissə).
Bu qol ilə İngiltərə millisinin hücumçusu Muhamed Salah ilə bərabərləşib.
Ən çox qol vuranlar siyahısı:
1. Kriştiano Ronaldo – 140
2. Lionel Messi – 129
3. Robert Levandovski – 109
4. Karim Benzema – 90
5. Raul Gonzales – 71
6. Kilian Mbappe – 68
7. Tomas Müller – 57
8. Ruud van Nistelrooy – 56
9. Thierri Anri – 50
10. Harri Keyn – 49
saytlarin hazirlanmasi
