FA Kubokunun yarımfinalında "Mançester Siti" "Sautqempton" ilə qarşılaşacaq, "Çelsi" isə "Lids" ilə üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, yarımfinala gedən yolda "Mançester Siti" Liverpul üzərində 4:0 hesablı qələbə qazanıb, "Sautqempton" "Arsenal"ı 2:1 hesabı ilə məğlub edib. "Çelsi" Port Veyl" üzərində 7:0 hesabı ilə qalib gəlib, "Lids" isə "Vest Hem"i penaltilərdə 4:2 (əsas vaxt 2:2) hesabı ilə üstələyib.
Yarımfinal oyunları 25 və 26 aprel tarixlərində “Uembley” stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi
