"Atletiko" "Barselona" ilə oyuna ciddi itki ilə çıxacaq

15:57 - 10 Aprel 2026

"Atletiko" UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin "Barselona" ilə cavab oyununa ciddi itki ilə çıxacaq.

Sportal.az xəbər verir ki, müdafiəçi David Hantsko komandaya kömək edə bilməyəcək. Slovakiyalı futbolçu Kataloniya təmsilçisi ilə ilk matçda zədələnib.

28 yaşlı mərkəz müdafiəçisi həmçinin, aprelin 18-də "Real Sosyedad"la keçiriləcək Kral Kubokunun final görüşündə də iştirak etməyəcək.

Qeyd edək ki, "Atletiko" - "Barselona" qarşılaşması ayın 14-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasındakı ilk oyun madridlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti