"Yuventus" müqaviləsi mövsümün sonunda başa çatan Luçano Spaletti ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, "ağ-qaralar" italiyalı məşqçinin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
67 yaşlı mütəxəssislə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni müqavilə imzalanıb.
Qeyd edək ki, Luçano Spaletti ötən ilin oktyabr ayında "Yuventus"un baş məşqçisi vəzifəsinə təyin olunub. Turin təmsilçisi A Seriyasında 31 turdan sonra 57 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
