AFFA oyunları təxirə saldı - millinin toplanışına görə

12:25 - 11 Aprel 2026

AFFA  Gənclər Liqasında II mərhələnin IV və V turunun oyunlarını təxirə salıb.

Sportal.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

Qərara səbəb 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının aprelin 13-26-sı aralığında Qəbələdə təşkil ediləcək təlim-məşq toplanışıdır.

Ona görə də 18-19 aprel və 25-26 aprel tarixlərində baş tutması nəzərdə tutulan görüşlər qeyri-müəyyən müddətə təxirə salınıb.

Xəbər xətti