“Xankəndi” Futbol Klubu doğma şəhərinə qayıdır.
Sportal.az xəbər verir ki, ev oyunlarını bundan sonra Xankəndi Şəhər Stadionunda keçirəcək. Bununla bağlı klub ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında müvafiq müqavilə imzalanıb.
Bu qərar klubun inkişafında mühüm mərhələ olmaqla yanaşı, Xankəndidə idman həyatının daha da canlanmasına töhfə verəcək. Doğma stadionda keçiriləcək oyunlar həm azarkeşlər, həm də şəhər sakinləri üçün futbol bayramına çevriləcək.
saytlarin hazirlanmasi
