Azərbaycan milli komandası və “Qarabağ”ın sabiq futbolçusu Riçard Almeyda Bakıya gəlib.
Sportal.az xəbər verir ki, karyerasını vətənində davam etdirən braziliyalı yarımmüdafiəçi səfəri ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib: “Yaxşı övlad doğma evinə qayıdar. Köhnə dostlarla görüşüb həsrətə son qoymaq, həmişə xoşbəxt olduğumuz yerdə gözəl anları yenidən yaşamaq…”.
Xatırladaq ki, 2017-2023-cü illərdə yığmamızda çıxış etmiş cənubi amerikalı 11 mövsüm Ağdam klubunun uğurları üçün çalışıb və "atlılar"In heyətində 300-dən çox oyun keçirib.

