"Barselona"ya keçmək üçün agentini dəyişdi

16:16 - 5 Noyabr 2026

 "Leypsiq"in müdafiəçisi Kastello Lukeba İspaniyanın "Barselona" klubuna keçməkdə maraqlıdır.

Sportal.az xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

Fransalı futbolçu agentini dəyişib və hazırda "Barselona"nın müdafiəçisi Jül Kundenin də maraqlarını təmsil edən bir agentlə işləyir. İddialara görə, həmin agent bir həftədən əvvəl La Liqa nəhənginin idman direktoru Deko ilə görüşüb.

"Barselona" Lukebanın komandaya qoşulmaq istəyindən xəbərdardır. 23 yaşlı mərkəz müdafiəçisi klubun transfer siyahısında yer alsa da, rəhbərlik onun keçidi ilə bağlı hələ yekun qərar verməyib.

Qeyd edək ki, "Leypsiq" Kastello Lukebanı 2023-cü ilin yayında "Lion"dan 30 milyon avroya transfer edib. Fransa millisinin üzvü cari mövsümdə Bundesliqa təmsilçisinin heyətində bütün turnirlərdə 11 oyuna çıxıb, lakin bu matçlarda qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

Xəbər xətti