"Ora gedib işimizi sona çatdıracağıq"

01:05 - 9 Noyabr 2013

Remzi:"Güman edirəm ki, bu işin öhdəsindən gələcəyik"
 
Bu mövsümu əla başlayan "Arsenal"ın forvardı Aaron Remzi İngiltərə çempionatında "Mançester Yunayted"ə qarşı oyundan danışdı: 
 
Sportal.az xəbər verir ki, Remzi "Mançester Yunayted"ə qarşı matçın çox vacib oyun olduğunu deyib: 
 
"Bu bizim üçün növbəti əhəmiyyətli görüş olacaq və ümid edirəm ki, "Old Trafford"a gedib işimizi sona çatdıracağıq. Hazırda özümüzə əminik, çempionatda yaxşı nəticələr göstəririk. Niyə görə də "Yunayted"i səfərdə məğlub etməyək?
 
Doğrudur, son mövsümlərdə bizə bu stadionda çox çətin idi, amma indi özümüzə inanırıq. Güman edirəm ki, bu işin öhdəsindən gələcəyik".
 
Qeyd edək ki, sabah "Mançester Yunayted" "Arsenal"ı qəbul edəcək. 

Xəbər xətti