Kannavaro vergidən yayınmaqda ittiham olunur

Veteran futbolçu vəkildən araşdırma aparmasını tələb etdi   
 
İtaliya millisinin və “Yuventus” klubunun sabiq üzvü Fabio Kannavaro vergidən yayaınmaqda ittiham olunur. 
 
Sportal.az xəbər verir ki, veteran futbolçu hüquq orqanlarına müraciətində vergidən yayınmadığını bildirib. Hətta o, araşdırılma aparılmasını tələb edərək ortada anlaşılmazlığın olduğunu açıqlayıb.
 
Yayılan məlumatda bildirilir ki, yoxlama zamanı Kannavaronun adına 900 min avro dəyərində yaxtalar prokata verildiyi üzə çıxıb. Kannavaro və xanımı Daniel Arenoza yayılan xəbərləri təqzib edərək məsələyə yenidən baxılmasını hüquq orqanlarından tələb edib. Kannavaro vəkil tutaraq hüquq orqanları nümayəndələri ilə yenidən yoxlama və araşdırmalar aparılmasını istəyib.             
          
Tarix: 23 Oktyabr [01:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio