Futbol üzrə Azərbaycan 1-ci Liqasında 15-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, bu gün "Baku Sportinq" öz meydanında "Mingəçevir"i qəbul edib. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.
Qələbəyə baxmayaraq, "Mingəçevir" 11 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. 18 xalı olan "Baku Sportinq" isə 6-cı yerdədir.
"Baku Sportinq" - "Mingəçevir" 0:1
Qol: A.Nəsibov, 79